Bakıda növbəti silahlı insident - "Obrez"lə güllələmə


Bakının Sabunçu rayonunda silahlı insident olub.

Hadisə Zabrat yolu, Şəhər şossesində törədilib.

İlkin məlumata görə, Suraxanı rayonu, Əliheydər Qarayev küçəsində qeydiyyatda olan 1972-ci il təvəllüdlü Məmmədov Ramiz Hümbət oğlu İlkin adlı şəxs tərəfindən güllələnib. Belə ki, həmin şəxs mübahisə zamanı avtomobilindəki odlu silahı götürərək R.Məmmədova ağır xəsarətlər yetirib. Vəziyyəti kritik olan R.Məmmədov hazırda xəstəxanadadır və üzərində cərrahi əməliyyat aparılıb. həkimlərin bütün səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. O, odlu silahdan açılan çoxsaylı qırma yaraları ilə xəstəxanaya çatdırılmışdı. Ehtimal olunur ki, silahlı şəxs ona lüləsi kəsilmiş ov silahından ("Obrez") atəş açıb.
Məlumata görə, R.Məmmədov Bakıxanov qəsəbəsi ərazisində fəaliyyət göstərən marşrut xətlərindən birinin sahibi imiş. O, avtomobilindən düşən zaman güllələnib. Onu güllələyən şəxs isə hadisə yerindən qaçıb.

Faktla əlaqədar Sabunçu polisi və Prokurorluğu əməliyyat-axtarış işlərinə başlayıb.//APA

DİGƏR XƏBƏRLƏR

Top