xirdalanda-4-gun-evvel-qezada-olen-qadinin-yaxinlari-axtarilir-foto

Xırdalanda 4 gün əvvəl qəzada ölən qadının yaxınları axtarılır - FOTO

bakida-muellim-sagirdden-pul-istedi-valideyn-polise-muraciet-etdi

Bakıda müəllim şagirddən pul istədi - valideyn polisə müraciət etdi

fuad-abbasov-hebsde-olmasinin-sebeblerini-aciqladi-ses-yazisi

Fuad Abbasov həbsdə olmasının səbəblərini AÇIQLADI - SƏS YAZISI

çərşənbə axşamı, 18 iyun 2019
AZ RU EN TR

CƏMİYYƏT

Xarici ali təhsil ixtisaslarının tanınması dayandırılacaq - SƏBƏB

13.06.2019 16:35 Oxundu 577

Xarici ali təhsil ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) üzrə müraciətlərə baxılması prosesi iyulun 1-dən avqustun 31-dək müvəqqəti olaraq dayandırılacaq.

Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorundan verilən məlumata görə, buna səbəb 2018-2019-cu tədris ilinin başa çatması ilə əlaqədar yay aylarında xarici ali təhsil müəssisələrinin və aidiyyəti qurumların əksəriyyətinin fəaliyyət göstərməməsi, eyni zamanda müvafiq proqram təminatında həyata keçirilən təkmilləşdirmə işləri ilə bağlıdır.

“Müraciətlərə baxılması sentyabrın 1-dən etibarən növbəlilik prinsipi əsasında davam etdiriləcək. Qeyd edilən müddət ərzində istisna hal olaraq yalnız hərbi xidmətdə olacaq şəxslər sənədlərinə fasiləsiz olaraq baxılması üçün info@ani.edu.gov.az elektron poçt ünvanına müraciət edə bilərlər”, - Nazirlikdən bildirilib. (APA)