Azərbaycanda yanğın: Helikopter cəlb edildi


Bakı şəhərinin Qaradağ rayonu, Qobustan qəsəbəsi yaxınlığında dağlıq ərazidə yanğın başlayıb.

Fövqəladə Hallar Nazirliyindən Yeniavaz.com-a verilən məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Aviasiya dəstəsinin bir ədəd helikopteri yanğınsöndürmə işlərinə cəlb olunub.

İlkin məlumata görə, dağlıq ərazidə iki hektar sahədə quru ot və kol-kos yanır. 

Yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

DİGƏR XƏBƏRLƏR

Top