xirdalanda-4-gun-evvel-qezada-olen-qadinin-yaxinlari-axtarilir-foto

Xırdalanda 4 gün əvvəl qəzada ölən qadının yaxınları axtarılır - FOTO

bakida-muellim-sagirdden-pul-istedi-valideyn-polise-muraciet-etdi

Bakıda müəllim şagirddən pul istədi - valideyn polisə müraciət etdi

fuad-abbasov-hebsde-olmasinin-sebeblerini-aciqladi-ses-yazisi

Fuad Abbasov həbsdə olmasının səbəblərini AÇIQLADI - SƏS YAZISI

çərşənbə axşamı, 18 iyun 2019
AZ RU EN TR

HADİSƏ

Azərbaycanda tələbəsi tərəfindən əməliyyat olunan həkim öldü - FOTO

12.06.2019 13:45 Oxundu 3368

Azərbaycan Dövlət Tibb Universitetinin müəllimi, pediatr Sədaqət Şahsuvarova vəfat edib. Yeniavaz.com Baku.ws-ə istinadən xəbər verir ki, 65 yaşlı həkim Avrasiya Hospitalında etdirdiyi liposaksiya əməliyyatından 4 gün sonra ölüb.

Onun əməliyyatı plastik cərrah Vüqar Ələkbərov tərəfindən həyata keçirilib. Cərrah açıqlamasında, pasiyentinin ölümündə günahkar olmadığını bildirib:

"Əməliyyat uğurlu keçdi. Bir neçə saatdan sonra ayağa durub gəzdi. Lakin 2 gün sonra halı pisləşdi. Yaxınları onu başqa klinikaya apardılar, 4 gün sonra orada vəfat etdi. 

Hazırda araşdırma gedir. Ölüm səbəbi qandakı hansısa infeksiyadır. Sidik yollarında da infeksiya tapılıb, üstəlik xroniki pnevmaniyası da var imiş. 

Əgər ən az 1 həftə-10 gün sağ qalsaydı, infeksiyanın növünü tapıb müalicəyə başlayardıq. Yaşlı qadın idi. İmmun sistemi zəif olduğundan orqanizm infeksiya qarşısında aciz olub". 

V.Ələkbərov Sədaqət xanımın vəfatından üzüldüyünü bildirdi: "Onun ölümü məni çox üzüb. Müəlliməm olub, anamız kimi çox sevirdik".