Slovakiya Azərbaycanı darmadağın etdi


Azərbaycan millisi AVRO-2020-nin seçmə mərhələsində növbəti oyununu keçirib.

Nikola Yurçeviçin rəhbərlik etdiyi kollektik Slovakiyanı qəbul edib.

"Bakcell Arena"da keçirilmiş qarşılaşma Azərbaycan yığmasının 1:5 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Görüşdə hesab 8-ci dəqiqədə açılıb. Qonaqların heyətində Stanislav Lobotka komandasını önə keçirib. 27-ci dəqiqədə isə Yuray Kuçka cərimə zərbəsindən baxımlı qola imza atıb. Matçın 29-cu dəqiqəsində Ramil Şeydayev fərqlənməklə Azərbaycan millisini ümidləndirib. Qoldan bir dəqiqə sonra Slovakiyanın kapitanı Marek Hamşik fərqi yenidən artırıb. İlk hissə bu hesabla da başa çatıb. 57-ci dəqiqədə Hamşik özünün ikinci komandasının 4-cü qolunu vurub. Bu da matçdakı sonuncu qol olmayıb. 85-ci dəqiqə David Hançko Azərbaycan millisini 5-ci dəfə məyus edib.

Bu nəticədən sonra Slovakiya xallarının sayını 6-a çatdırıb. Azərbaycanın isə 3 oyundan sonra sıfır xalı var.

E qrupunun digər oyununda Macarıstan Uelsi qəbul edəcək. Həmin qarşılaşma Bakı vaxtı ilə saat 22:45 də başlayıb.//Report

DİGƏR XƏBƏRLƏR

Top