Nazir sabiq millət vəkilinin oğluna yüksək vəzifə verdi - FOTO


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Pensiya siyasəti və fərdi uçota nəzarət şöbəsinin müdiri Çingiz Əliyev vəzifəsindən kənarlaşdırılıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin müvafiq əmri ilə, Abbasbəyli Mustafa Aslan oğlu Pensiya siyasəti və fərdi uçota nəzarət şöbəsinin müdiri təyin olunub. 
Qeyd edək ki, bu ilin yanvar ayının 21-də Mustafa Abbasbəyli Azərbaycanın Əmək və Əhalinin Sosial müdafiəsi nazirinin müşaviri təyin edilmişdi. 
Onu da bildirək ki, Mustafa Abbasbəyli sabiq millət vəkili, Azərbaycan Texnologiya Universitetinin prorektoru Aslan Abbasovun oğludur. (unikal.org)

DİGƏR XƏBƏRLƏR

Top