Azərbaycanda ayda 880 manat maaş alan icra başçıları kimdir? - TAM SİYAHI


Azərbaycanda şəhər və rayon icra hakimiyyəti başçılarının aylıq vəzifə maaşı Prezidentin "Azərbaycan Respublikasının bəzi dövlət orqanlarının rəhbər işçilərinə yeni vəzifə maaşlarının müəyyən edilməsi haqqında" Sərəncamına əsasən müəyyən edilir. Yeniavaz.com xəbər verir ki, bu sərəncama 2018-ci ilin mart ayında edilən sonuncu dəyişiklikdən sonra şəhər və rayon icra hakimiyyəti başçılarının aylıq vəzifə maaşı açağıdakı kimi olub:
Bakı şəhər icra hakimiyyəti başçısı - 1925 manat
Gəncə və Sumqayıt şəhərlərinin icra hakimiyyəti başçıları - 1280 manat
Əhalisinin sayı 100 min nəfərdən çox olan rayonların icra hakimiyyəti başçıları - 1045 manat
Əhalisinin sayı 50-100 min nəfər olan rayonların icra hakimiyyəti başçıları - 990 manat
Əhalisinin sayı 50 min nəfərədək olan rayonların icra hakimiyyəti başçıları - 880 manat
Məlumat üçün bildirək ki, açıqlanan son məlumatlara görə Azərbaycanda əhalisinin sayə 50 min nəfərdən az olan 17 şəhər və rayon var. Bu isə o deməkdir ki, hazırda 17 şəhər və rayon icra hakimiyyəti başçıları 880 manat maaş alırlar.
Ayda 880 manat maaş alan şəhər və rayonlar icra hakimiyyəti başçıları aşağıdak şəxslərdir:
1. Ordubad rayon icra hakimiyyəti başçısı Nizami Məmmədov
2. Culfa rayon icra hakimiyyəti başçısı Şükür Babayev  
3. Qobustan rayon icra hakimiyyəti başçısı Adil Məmmədov   
4. Zəngilan rayon icra hakimiyyəti başçısı Ramiz Həsənov
5. Oğuz rayon icra hakimiyyəti başçısı Eyvaz Qurbanov
6. Xocavənd rayon icra hakimiyyəti başçısı Eyvaz Hüseynov
7. Siyəzən rayon icra hakimiyyəti başçısı Novruz Novruzov 
8. Qubadlı rayon icra hakimiyyəti başçısı Malik İsaqov
9. Daşkəsən rayon icra hakimiyyəti başçısı Əhəd Abıyev
10. Şuşa şəhər icra hakimiyyəti başçısı Bayram Səfərov  
11. Kəngərli rayon icra hakimiyyəti başçısı Kamal Ələkbərov  
12. Xocalı rayon icra hakimiyyəti başçısı Şahmar Usubov
13. Şahbuz rayon icra hakimiyyəti başçısı Rafael Babayev  
14. Pirallahı rayon icra hakimiyyəti başçısı Vasif İmanov
15. Xızı rayon icra hakimiyyəti başçısı Xəzər Aslanov 
16. Sədərək rayon icra hakimiyyəti başçısı Həbib İbrahimov
17. Naftalan şəhər icra hakimiyyəti başçısı Rövşən İbrahimov

DİGƏR XƏBƏRLƏR

Top