bulvarda-suya-zeher-atib-baliqlari-oldurduler-video

Bulvarda suya zəhər atıb balıqları öldürdülər? - VİDEO

nazir-sabiq-millet-vekilinin-ogluna-yuksek-vezife-verdi-foto

Nazir sabiq millət vəkilinin oğluna yüksək vəzifə verdi - FOTO

putin-bakili-mugenniye-orden-verdi-foto

Putin bakılı müğənniyə orden verdi - FOTO

cümə, 24 may 2019
AZ RU EN TR

HADİSƏ

Təcridxana nəzarətçisini qadına görə öldürüblər? - Killer iz buraxmayıb

16.05.2019 19:01 Oxundu 541

Şəmkirdə Penitensiar Xidmətin Gəncə şəhərində yerləşən 2 saylı İstintaq təcridxanasının əməkdaşı 29 yaşlı Kəramət Məmmədli sifarişlə öldürülüb.

Bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib.

Prokurorluq işçiləri hələlik qatilin izinə düşə bilməyiblər.

Xatırladaq ki, cinayət mayın 1-də Bayramlı kəndində törədilib. K.Məmmədli öz evində kiçikkalibrli tüfənglə  (5,6 mm) öldürülüb. Güllə yaxın məsafədən (təxminən 1 metr) alın nahiyəsinə tuş gəlib.

Maraqlıdır ki, yaxınlıqda yaşayanlardan heç biri atəş səsini eşitməyib. Ehtimal olunur ki, killer səsboğucudan istifadə edib. Kriminalistlər hadisə yerində qatilə aid heç bir iz aşkarlamayıblar. 

Məlumdur ki, öldürülən şəxsin evindən heç nə oğurlanmayıb – pullar və qızıl əşyalar yerində qalıb. 

Kəramət Məmmədli  Beynəlxalq Bankın rayon filialının keçmiş rəhbərinin (hazırda təqaüdə çıxıb) oğlu olub. İki il əvvəl boşanıb. Lakin müstəntiqlər onun qətlini boşanması ilə əlaqələndirmirlər.

Daha bir versiyaya görə, K.Məmmədli qadınla sevgi münasibətlərinə görə qətlə yetirilib. Lakin qadının kimliyi barədə istintaq qrupunda hələlik məlumat yoxdur. (oxu.az)