bulvarda-suya-zeher-atib-baliqlari-oldurduler-video

Bulvarda suya zəhər atıb balıqları öldürdülər? - VİDEO

nazir-sabiq-millet-vekilinin-ogluna-yuksek-vezife-verdi-foto

Nazir sabiq millət vəkilinin oğluna yüksək vəzifə verdi - FOTO

putin-bakili-mugenniye-orden-verdi-foto

Putin bakılı müğənniyə orden verdi - FOTO

cümə, 24 may 2019
AZ RU EN TR

CƏMİYYƏT

"Lotu Quli" ölüm ayağında olan "vor-zakon"un yerinə keçə bilər

16.05.2019 18:25 Oxundu 1156

Rusiyanın Sverdlovsk vilayətinin şərqindəki kriminal strukturlar yaxın zamanlarda “rəhbərsiz” qala bilər. 
"Başçı" "Vaqif Kamışlovski" (Vaqif Güləhməd oğlu Sultanov) ağır qaraciyər xəstəliyindən ölmək üzrədir.
Mənbələrin nəşrə verdiyi məlumata görə, o, bir neçə gün öncə palliativ müalicə üçün xəstəxanadan evə buraxılıb. Hazırda 67 yaşlı avtoritet ağır vəziyyətdədir. O, artıq heç kimi tanımır. Azərbaycan diasporası “vor zakon”un xaricdə müalicəsi üçün pul toplamağa başlayıb.
Qeyd olunur ki, “Kamışlovski”nin aktiv işlərdən uzaqlaşması kriminal aləmdəki vəziyyətə də təsir edib. Hələ apreldə “hakimiyyət”in “Vorotnik”ə (Aleksandr Vorotnikov) təhvil verilməsinni planlaşdırıldığı oğru “sxodka”sı dağıdılıb. Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (OBOP) əməkdaşları tərəfindən güc tətbiq edilərək görüşün qarşısı alınıb. 
Mənbənin bildirdiyinə görə, “Vaqif Kamışlovski”nin yerinə keçə biləcək namizədlər arasında “Lotu Quli”, “Aqayar Aqayev”, “Qiya Akoyev” də var. Bu “qanuni oğru”lardan hansının “rəhbər” olacağı Vaqif sultanov tərəfindən müəyyənləşdirilməlidir. (qafqazinfo)