bulvarda-suya-zeher-atib-baliqlari-oldurduler-video

Bulvarda suya zəhər atıb balıqları öldürdülər? - VİDEO

nazir-sabiq-millet-vekilinin-ogluna-yuksek-vezife-verdi-foto

Nazir sabiq millət vəkilinin oğluna yüksək vəzifə verdi - FOTO

putin-bakili-mugenniye-orden-verdi-foto

Putin bakılı müğənniyə orden verdi - FOTO

cümə, 24 may 2019
AZ RU EN TR

CƏMİYYƏT

Rüşvət almaqda təqsirləndirilən baş həkimə HÖKM OXUNDU

16.05.2019 17:50 Oxundu 301

Lənkəran Ağır Cinayətlər Məhkəməsində Lənkəran Rayonlararası Onkoloji Dispanserinin baş həkimi işləmiş Əli Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Hakim prosesdə hökm oxunub. Hökmə əsasən, Ə. Əliyev 8 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan həkim apelyasiya şikayəti verib.

Qeyd edək ki, Ə. Əliyevə Cinayət Məcəlləsinin 311.1. (Rüşvət alma, yəni vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə, eləcə də, xidmət üzrə ümumi himayədarlıq və ya laqeydlik müqabilində özü və yaxud üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair neməti, imtiyazı və ya güzəşti istəməsi və ya alması) maddəsi ilə cinayət işi açılıb. (ONA)