bulvarda-suya-zeher-atib-baliqlari-oldurduler-video

Bulvarda suya zəhər atıb balıqları öldürdülər? - VİDEO

nazir-sabiq-millet-vekilinin-ogluna-yuksek-vezife-verdi-foto

Nazir sabiq millət vəkilinin oğluna yüksək vəzifə verdi - FOTO

putin-bakili-mugenniye-orden-verdi-foto

Putin bakılı müğənniyə orden verdi - FOTO

cümə, 24 may 2019
AZ RU EN TR

HADİSƏ

Bakıda zibil maşınının avtobusa çırpıldığı qəza anı - VİDEO

16.05.2019 17:33 Oxundu 253

Aprelin 27-də Bakıda baş verən ağır yol-nəqliyyat hadisəsi təhlükəsiz şəhər kameraları vasitəsilə qeydə alınıb. 

Yeniavaz.com Avtosfer.az-a istinadən xəbər verir ki, hadisə zamanı yol kənarında dayanan avtobusa arxadan zibil daşıyan maşın çırpılır. 

Hadisə nəticəsində 24 sərnişin xəsarət alıb. Qəzanın baş vermə səbəbləri dəqiq açıqlanmasa da görüntülərdən aydın olur ki, zibil maşınının sürücüsü səhlənkar davranıb. 

Göründüyü kimi, avtobusla zibil maşını arasında xeyli məsafə var. Lakin zibil maşınının sürücüsü nə sürəti azaldır, ya da zolağı dəyişib hərəkətini davam etdirir. 

Ehtimal etmək olar ki, o, sükan arxasında ya yuxulayıb, ya da başı nəyəsə qarışıb. Ancaq hadisə səhər saatlarında baş verdiyi üçün onun yuxulu olma ehtimalı daha yüksəkdir.