Hər il ənənəvi olaraq Türkiyənin Bodrum şəhərində keçirilən "7 qitənin gözəli" ("Miss 7 Continents") adlı gözəllik yarışına bu il 30 ölkədən 45 iştirakçı qatılıb. Yeniavaz.com Türkiyə mətbuatına istinadən bildirir ki, Finlandiya, Rusiya, Belarus, Ermənistan, Qazaxıstan və digər ölkələrdən gələn modellər müxtəlif nominasiyalarda mübarizə aparıblar.
"7 qitənin gözəli" yarışının qalibi Finlandiyadan olan Katerina Juselius olub. Ermənistan təmsilçisi Anuş Saakyan isə 3-cü olub.