bulvarda-suya-zeher-atib-baliqlari-oldurduler-video

Bulvarda suya zəhər atıb balıqları öldürdülər? - VİDEO

nazir-sabiq-millet-vekilinin-ogluna-yuksek-vezife-verdi-foto

Nazir sabiq millət vəkilinin oğluna yüksək vəzifə verdi - FOTO

putin-bakili-mugenniye-orden-verdi-foto

Putin bakılı müğənniyə orden verdi - FOTO

cümə, 24 may 2019
AZ RU EN TR

HADİSƏ

Mingəçevir qəbiristanlığında oğurluq hadisəsi olub

16.05.2019 14:30 Oxundu 246

Mingəçevir qəbiristanlığında oğurluq hadisəsi olub.

Yeniavaz.com xəbər verir ki, hadisə 4 saylı sağ sahil qəbiristanlığında baş verib. Hələ ki, kimliyi müəyyən olunmamış şəxs və şəxslər tərəfindən qəbiristanlığa məxsus 100 metrdən çox uzunluqda dəmir su xətt boruları kəsilərək oğurlanıb. Oğurluq hadisəsi qəbiristanlığın köhnə və hazırda ehtiyat xətti kimi nəzərdə tutulan borularında baş verib. Çünki ötən ilin sentyabrından etibarən qəbiristanlığa yeni su xətti çəkilib və davamlı istismar olunan da hazırda məhz o xətdir. Yəni qəbiristanlıqda oğurluqdan sonra su problemi yaşanmır. Bununla belə, qəbiristanlığa məxsus digər xəttin kəsilməsi xoşagələn hal deyil və cinayət hadisəsi olmaqla yanaşı, həm də ictimai qınaq hədəfinə çevrilib.
Mingəçevir Şəhər Bələdiyyəsinin dəfn mərasimləri xidməti sahəsinin nümayəndəsi Rəfael Məmmədov Yeniavaz.com-a məlumat verərək bildirdi ki, əsasən 40-50 metr diametrlik boru xətlərinin oğurlanması ilə bağlı artıq hüquq-mühafizə orqanlarına yazılı müraciət olunub. O da bildirildi ki, hal-hazırda qəbirstanlıqda mühafizə sistemi olmadığına görə oğurluq halları baş verir. Faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsində araşdırma aparılır.

Esmira Hidayətova, Mingəçevir