"Avtoş"lar həbs edildi - FOTO


Quba Rayon Polis Şöbəsi Dövlət Yol Polis Bölməsinin əməkdaşları tərəfindən piyadalara və yol hərəkəti iştirakçılarına ciddi təhlükə yaradan iki sürücü saxlanılaraq barələrində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Yeniavaz.com xəbər verir ki, Quba rayon sakinləri Fərid Rzayev və Ramazan Sərkərovun müxtəlif vaxtlarda rayonun bəlli küçə və yollarında avtoxuliqanlıq hərəkətləri etmələri, eləcə də rayon ərazisində bir-biri yarışaraq qəza şəraiti yaratdıqları məlum olub.

“VAZ 21015” və “VAZ 21074” markalı avtomobilləri idarə edərək yollarda intizamsızlıq edən, yol hərəkəti qaydalarını kobud şəkildə pozan bu şəxslər barəsində Quba RPŞ-nin DYPB-nin əməkdaşları tərəfindən inzibati qaydada protokollar tərtib olunaraq baxılması üçün rayon Məhkəməsinə göndərilib və hər iki sürücü Quba Rayon Məhkəməsi tərəfindən 1 ay müddətində inzibati qaydada həbs edilib.

DİGƏR XƏBƏRLƏR

Top