"Araz", "Favorit", "Spar" marketlərinə sahib olan məşhur şirkət yenidən təşkil olunur - SƏBƏB


Azərbaycanda qida sektorunda böyük paya sahib olan şirkətlərdən biri - "Veysəloğlu" MMC yenidən təşkil olunduğunu elan edib.
Yeniavaz.com "Vergilər" qəzetində yer alan məlumatlara istinadən bildirir ki, yenidən təşkil olunmanın səbəbi kimi "Veysəloğlu-Yaycılı Qardaşlar" MMC-nin ləğv olunaraq "Veysəloğlu" MMC-yə birləşməsi göstərilir.
Məlumat üçün bildirək ki, ölkənin aparıcı supermarket brendlərindən olan "Araz", "Favorit", "Spar" kimi marketlər, həmçinin "Ulduz" şokaladları "Veysəloğlu" MMC-yə məxsusdur.

DİGƏR XƏBƏRLƏR

Top