musa-yaqubun-oglu-bu-xeberi-gozleyirdik

Musa Yaqubun oğlu: Bu xəbəri gözləyirdik

xalq-sairi-adi-alan-vahid-eziz-dovlet-bele-olar-dovlet-bascisi-bele-olar

"Xalq şairi" adı alan Vahid Əziz: "Dövlət belə olar, dövlət başçısı belə olar"

ilham-eliyev-bu-mugennilere-xalq-artisti-adi-verdi-serencam

İlham Əliyev bu müğənnilərə Xalq artisti adı verdi - SƏRƏNCAM

şənbə, 25 may 2019
AZ RU EN TR

CƏMİYYƏT

Azərbaycanda bir neçə universitetin prorektorları dəyişdirilib - SİYAHI

16.05.2019 12:27 Oxundu 386


Azərbaycanın bir neçə ali təhsil müəssisəsinin prorektorları dəyişdirilib. 

Yeniavaz.com “Report”a istinadən xəbər verir ki, bu barədə Təhsil Nazirliyi müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Bakı Dövlət Universitetinin (BDU) ümumi işlər üzrə prorektoru, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru Vüqar Mehrabov işdən çıxarılıb. O, Azərbaycan Dillər Universitetində həmin sahə üzrə prorektor vəzifəsinə təyin olunub. 

Bundan başqa, Bakı Slavyan Universitetinin (BSU) ümumi işlər üzrə prorektoru Cəfər Eyvazov da tutduğu vəzifədən azad edilib. Ona BDU-nun ümumi işlər üzrə prorektoru vəzifəsi həvalə olunub. 

BSU-nun ümumi işlər üzrə prorektoru vəzifəsinə isə Əbdül Xaliqov gətirilib. Ə.Xaliqov bundan əvvəl Azərbaycan Dövlət Pedaqoji Universitetində çalışıb. 

Azərbaycan Dövlət Pedaqoji Universitetinin ümumi işlər üzrə prorektoru vəzifəsinə isə Tural Cəlilov təyin edilib. O, bu təyinata qədər ADU-da işləyib.