Xəbər verdiyimiz kimi, Binəqədi rayonunda törədilən, son illərin ən qəddar cinayət əməli ilə bağlı hüquq-mühafizə orqanları araşdırmaları davam etdirirlər. İstintaq-əməliyyat tədbirləri nəticəsində “Emin 444" ləqəbi ilə tanınan Masallı sakini, 1988-ci il təvəllüdlü Emin Ehtiram oğlu Səfərovun qətlində adı sifarişçi kimi keçən kikboks üzrə dünya çempionu Zaur Yusifov mayın 14-də həbs olunub.
Məlum olub ki, Zaur Yusifov Dövlət Miqrasiya Xidmətinin zabiti olub.
Yeniavaz.com xəbər verir ki, Dövlət Miqrasiya Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elnur Kələntərli Unikal.org-a bildirib ki, Zaur Yusifov 3-cü dərəcəli miqrasiya xidməti qulluğçusu rütbəsini daşıyıb:
“2017-ci ildə onun Dövlət Miqrasiya Xidmətində işinə xitam verilib. Zaur Yusifov ümumilikdə DMX-da 4 il sözügedən vəzifədə çalışıb”.
Qeyd edək ki, Zaur Yusifov kikboksinq dünya çempionu, bir sıra beynəlxalq yarışların qalibi, Əməkdar İdman Ustasıdır.