Şirvan şəhərində 16 yaşlı oğlan itkin düşüb - FOTO


Şirvan şəhərində 16 yaşlı oğlan itkin düşüb.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan məlumat verilib.

Şirvan şəhər sakini, 2003-cü il təvəllüdlü Etiqad Səməndərli mayın 14-də səhər saatlarında yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Onu görənlərdən və barəsində məlumatı olanlardan DİN-in 102 - Zəng Mərkəzi Xidmətinə, həmçinin Şirvan Şəhər Polis Şöbəsinin 02121-5-14-50 və 055-527-57-77 nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

DİGƏR XƏBƏRLƏR

Top