musa-yaqubun-oglu-bu-xeberi-gozleyirdik

Musa Yaqubun oğlu: Bu xəbəri gözləyirdik

xalq-sairi-adi-alan-vahid-eziz-dovlet-bele-olar-dovlet-bascisi-bele-olar

"Xalq şairi" adı alan Vahid Əziz: "Dövlət belə olar, dövlət başçısı belə olar"

ilham-eliyev-bu-mugennilere-xalq-artisti-adi-verdi-serencam

İlham Əliyev bu müğənnilərə Xalq artisti adı verdi - SƏRƏNCAM

şənbə, 25 may 2019
AZ RU EN TR

HADİSƏ

Qubada 5 maşın oğurlayan dəstə zərərsizləşdirilib - FOTOLAR

16.05.2019 01:14 Oxundu 197


Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində qabaqcadan əlbir olaraq, cari ilin aprel-may aylarında rayon ərazisində 5 nəqliyyat vasitəsini oğurlayaraq sahiblərinə xeyli miqdarda maddi ziyan vuran cinayətkar dəstə saxlanılıb. Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan məlumat verilib.

Qeyd edilib ki, araşdırmalarla onların rayon sakinləri Taleh Atakişiyev, Mahir Məmmədov, Orxan Bədəlov, Tural Əliyev, Asif Əsgərov və Mirəli Sadıqov olduqları müəyyən edilib. Dindirilmə zamanı dəstə üzvləri törətdikləri cinayət əməlini etiraf ediblər. Cinayətkar dəstənin ətrafında aparılan araşdırmalar zamanı onların may ayının 13-də oğurladıqları "Vaz 2109" markalı nəqliyyat vasitəsi ilə yol nəqliyyat hadisəsi törətdikləri də məlum olub. Nəqliyyat vasitəsini idarə edən Taleh Atakişiyev Quba RMX-na yerləşdirilib, hal-hazırda onun vəziyyəti stabildir.

Faktlarla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxslərin digər cinayət əməllərində də iştiraklarının olub olmaması istiqamətində tədbirlər davam etdirilir.