Vasif Talıbovun ailə holdinqi yeni şirkət yaradıb


Aprelin 22-də Naxçıvan şəhərində yerləşən "Nəqşicahan Qrup" MMC-nin (1 Heydər Əliyev küçəsi) baş ofisində 500 manat kapitalla "Saat Meydanı" MMC qeydiyyatdan keçib. 

Yeniavaz.com xəbər verir ki, bu barədə Turan-a Azərbaycanın Vergilər Nazirliyindən məlumat verilib.

Vergilər Nazirliyinin məlumatına görə, bu holdinq şirkətinə 30 hüquqi şəxs daxildir.

Qeyd edək ki, yeni şirkət NMR-nın Ali Məclisinin sədri Vasif Talıbovun ailə biznesinə daxildir.

DİGƏR XƏBƏRLƏR

Top