musa-yaqubun-oglu-bu-xeberi-gozleyirdik

Musa Yaqubun oğlu: Bu xəbəri gözləyirdik

xalq-sairi-adi-alan-vahid-eziz-dovlet-bele-olar-dovlet-bascisi-bele-olar

"Xalq şairi" adı alan Vahid Əziz: "Dövlət belə olar, dövlət başçısı belə olar"

ilham-eliyev-bu-mugennilere-xalq-artisti-adi-verdi-serencam

İlham Əliyev bu müğənnilərə Xalq artisti adı verdi - SƏRƏNCAM

şənbə, 25 may 2019
AZ RU EN TR

PƏNCƏRƏ

Dinimizdə məzar ziyarətinə münasibət necədir?

15.05.2019 19:58 Oxundu 195

Mübarək dinimiz ölülərdən çox dirilər üçün faydalıdır. Söhbət mövzusu məzar da olsa, ən mühüm mesaj dirilər üçündür. Çünki ölüm ibrətdir. Məzara baxan "bu gün sənə, sabah mənə" düşüncəsini ağlından keçirmirsə və özünün də bir gün o cərgələnən daşların birinin altında təsəvvür etmirsə, demək hələ, Yunus Əmrə demişkən, "yetişməyib."
İnsan itirdiyi yaxınını xatırlamaq üçün məzarlığa gedir, qəbir başında oturub xəyala dalır, Fatihə oxuyub savabını mərhumların ruhuna bağışlayır. Yuxarıda dediyimiz kimi, ən başlıcası, düşünür. Ölümü düşünür və ölüm düşüncəsi ilə arınır, təmizlənir. Çünki ölüm insan üçün imkanların tükənməsidir, Allah-Təalanın hüzuruna çıxmaqdır və burdan o tərəfə hesabat var, bir ömrün hesabatı, aldığın nəfəsin hesabatı, dediyin sözün hesabatı, yediklərinin hesabatı, aldıqlarının, verdiklərinin hesabatı...
Hər bir məkanın özünəməxsus qayda-qanunları olduğun kimi qəbiristanın da müəyyən ədəb qaydaları var. Qəbiristanda çağırmaq, çığırmaq, necə gəldi döşənib yatmaq, ətrafı zibilləmək düzgün deyil. Unutmayaq ki, dirilərin haqqı olduğu kimi, ölülərin də haqqı var və onları rahatsız eləmək doğru deyil. Amma məzar üzərində böyük günbəzlər tikmək, saray inşa eləmək də doğru deyil. Məzar işğal olunmuş tırpaq deməkdir. Son illərdə məzarların üstü betonlanır, bahalı daşlarla hörülür. Amma əmin olun ki, ən bahalı məzarlar belə əlli ildən sonra unudulur, sonra da ya sökülür, ya qarət olunur. Ona görə də məzarın sadə, həm də kiçik ölçüdə olması yaxşıdır. Məzar elə olmalıdır ki, 50-60 ildən sonra ora başqa cənazə dəfn edilə bilsin. Məzarın ətrafı səliqəli, üstü toraq olsa, yaxşıdır, çünki məzar üstündə bitən ot orada yatana duaçıdır. Məzarın başında həmişəyaşıl ağac əkmək məsləhət görülür.
Peyğəmbərimiz (s.ə.s) "Allahın salamı sizin üzərinizə olsun, ey qəbir əhli" deyə qəbiristana salam salam verərmiş. Məzar üzərinə cürbəcür şirniyyat, bəzək əşyaları düzmək xoş deyil, israfdır. Əgər o ətrafdakı həşaratı, cücüləri, quşları doyurmaq niyyətiylə yem aparırsınızsa, bu, xoşdur. Amma sənin məzar üstünə qoyduğun şəkərburanı və ya şorqoğalını kim alıb yeyəcək ki? Yaxşı olar ki, siz onları tanıdığınız kasıba, imkansıza verəsiniz.
Məzarı bəzəmək, üstünə şəkil yapışdırmaq və ya döydürmək də dinimizin yasaqladığı hallardır. Əgər o məzardakının imkanı yetsəydi, əlini uzadıb o şəkli, heykəli, bər-bəzəyi uçurub dağıdardı.
Məzar mömövzusunda danışandaçox mühüm bir məqamı diqqətinizə çatdırmaq istəyərdik. Uca Peyğəmbərimiz bir hədisi-şəriflərində belə buyururlar ki, məzardakının halı dənizdə boğularaq "imdad, imdad" bağıran adamın halına bənzəyir. Dənizdə boğulan adam onu qurtaracaq yardımı necə gözləyirsə, məzardakı da dünyadakı yaxınlarından gələn duanı elə gözləyir.
Ölü üçün dua eləmək, ona Allahdan mərhəmət düləmək çox önəmlidir. Yaxşılıq eləyin, ehsan verin, xoş əməllər işləyin və Allaha əl açaraq o əməllərdən hasil olacaq savabı başqa peyğəmbərimiz Həzrəti məhəmməd olmaqla bütün peyğəmbərlərin, Allah dostlarının və yaxınlarınınızın ruhuna bağışlayın və elə düşünməyin ki, savabı payladıqca azalır. Düşünün ki, payladıqca daha da bərəkətlənir.

Günə bir dua
Ey mərhəməti sonsuz olan Allahım!
Sən Alimsən, hər şeyi bilirsən, mən cahiləm, çox az şey bilirəm, bildiyimin də bər hissəsini yanlış bilirəm.
Sən sonsuz Qüdrət sahibisən, nəyi yaratmaq istəsən, bir dəfə “ol” desən, olur; mənsə Sənin aciz bir qulunam, Sən qismət eləməsən, öz başımı dolandırmağa gücüm yetməz.
Sən heç bir şeyə möhtac deyilsən, mənsə hər şeyə möhtacam. Mən Sənin qulunam, Sən mənim Rəbbimsən.
Allahım! Mənim üçün nəyin xeyirli, nəyin zərərli olduğunu belə mən bilmirəm, Sən bilirsən. Mənim üçün xeyirli olan nədirsə, mənə onu qismət elə və könlümü də o verdiyinə razı hala gətir!