musa-yaqubun-oglu-bu-xeberi-gozleyirdik

Musa Yaqubun oğlu: Bu xəbəri gözləyirdik

xalq-sairi-adi-alan-vahid-eziz-dovlet-bele-olar-dovlet-bascisi-bele-olar

"Xalq şairi" adı alan Vahid Əziz: "Dövlət belə olar, dövlət başçısı belə olar"

ilham-eliyev-bu-mugennilere-xalq-artisti-adi-verdi-serencam

İlham Əliyev bu müğənnilərə Xalq artisti adı verdi - SƏRƏNCAM

şənbə, 25 may 2019
AZ RU EN TR

İQTİSADİYYAT

Rəsmi statistika məmurların dediyinin əksini göstərir - Kim düz deyir?

15.05.2019 16:35 Oxundu 291

Bildiyimiz kimi, bu ilin əvvəlindən Vergi Məcəlləsinə bir-sıra dəyişikliklər edilib.
Yeniavaz.com xəbər verir ki, qanunvericiliyin dəyişdirilməsində əsas məqsədlərdən biri kimi işəgötürənləri stimullaşdırmaq və onlarda  əmək münasibətlərinin rəsmiləşdirilməsinə maraq yaradılması göstərilirdi.
Vergi Məcəlləsinə edilən əsas dəyişikliklərdən biri odur ki, qeyri neft-qaz və qeyri-dövlət sektorunda çalışanlar gəlir vergisindən azad olunurlar. Belə ki, bu muzdla, yəni əmək müqaviləsilə çalışıb 8 min manat maaş alanlar 7 il müddətində vergi verməyəcəklər. Qeyd etdiyimiz kimi bu dəyişikliyin əsas məqsədi qeyri-leqal məşğulluğun leqallaşdırılması olub.
Ötən ay Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şöbə müdiri Elnur Süleymanov 2019-cu ilin birinci rübü üzrə qeyri-formal məşğulluq sahəsində görülən işlər və əldə edilənnailiyyətlər barədə məlumat verərkən bildirib ki, bu ilin ilk 3 ayı ərzində əmək müqaviləsi ilə işləyənlərin sayı 65 min 821 nəfər artıb.
Maraqlıdır ki, Dövlət Statistika Komitəsinin eyni dövr - bu ilin ilk 3 ayı üçün açıqladığı məlumatda göstərilir ki, qeyri-dövlət sektorunda muzdla çalışan işçilərin sayı 19,6 min nəfər artıb. Belə ki, bu ilin yanvar ayının əvvəlində qeyri-dövlət sektorunda muzdla çalışan işçilərin sayı 665 min nəfər, aprelin əvvəlində isə 684,6 min nəfər olub.
Ümumiyyətlə bu ilin ilk 3 ayında həm dövlət, həm də qeyri-dövlət sektorunda muzdla çalışan işçilərin sayı 31,9 min nəfər artıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi rəsmisinin açıqladığı rəqəmlə Dövlət Statistika Komitəsinin açıqladığı göstəricilər arasında uyğunsuzluq var və görünən odur ki, Vergi Məcəlləsinə edilən dəyişikliklər qeyri-leqal məşğulluğun leqallaşdırılmasına ciddi təsir etməyib.