bulvarda-suya-zeher-atib-baliqlari-oldurduler-video

Bulvarda suya zəhər atıb balıqları öldürdülər? - VİDEO

nazir-sabiq-millet-vekilinin-ogluna-yuksek-vezife-verdi-foto

Nazir sabiq millət vəkilinin oğluna yüksək vəzifə verdi - FOTO

putin-bakili-mugenniye-orden-verdi-foto

Putin bakılı müğənniyə orden verdi - FOTO

cümə, 24 may 2019
AZ RU EN TR

DÜNYA

Dünyanın ikinci ən böyük almazı

23.04.2019 01:26 Oxundu 383


Botsvanada dünyanın ən böyük “Ümid almazı”ndan sonra karatına görə ikinci “Okavango Blue” almazı nümayiş etdirilib. Almaz ölkənin Qaborone şəhərindəki dövlətə məxsus Okavanqo Almaz Şirkətində təqdim olunub. Ölçüsü 41.11 karat olan bu nadir daş ölkənin mədənlərində indiyədək tapılan ən qiymətli almazdır.

Ekspertlər bildirirlər ki, Hindistanda tapılmış və hazırda Vaşinqtondakı Milli Təbiətşünaslıq Muzeyində nümayiş etdirilən 45,52 karatlıq “Ümid almazı” kimi, bu almaz da “mavi daş” tipindədir. “Okavango Blue” nun ondan üstünlüyü isə daha şəffaf olmasıdır. O, Amerika Gemologikal İnstitutu tərəfindən ən parlaq və təmiz almaz kimi qiymətləndirilib. Okavanqo Almaz Şirkətinin icraçı direktoru Markus Haar bildirib ki, yeni almazın rəngləri insanı valeh etməklə yanaşı, o birilərindən öz çalarları ilə fərqlənir. O, bu almazı Süd yolu qalaktikasındakı ulduzlara bənzədib.

AZƏRTAC