"Eşşək boyda" deyəndə hər halda bunu nəzərdə tuturlar - FOTO + VİDEO

Britaniyanın Linkolşir qraflığındakı qoruqda yaşayan Derrik adlı eşşək  öz həmcinsləri arasında ən böyük olduğuna görə rekordlar kitabına düşə bilər.

Nottinghamshire Live-nin məlumatına görə, onun boyu 170 santimetrdir, lakin  bu rəqəmin artmaq ehtimalı çoxdur. Çünki, Derrik hələ 5 yaşındadır. Eşşəklərin boy artımı isə 7 yaşa qədər davam edir.

Derrik həmcinsləri arasında Ginnesin Rekordlar Kitabına adı yazılmış Romulusdan 3 santimetr geri qalır. Lakin qoruq sahibləri əmindirlər ki, Darrikin boyu tezliklə Romulusdan daha uca olacaq.

oxu.az

DİGƏR XƏBƏRLƏR

Top