Putin və Kimin görüş tarixi və yeri məlum olub


Şimali Koreya lideri Kim Çen In Rusiya prezidenti Vladimir Putin ilə aprelin 25-də Vladivostokda görüşəcək.

Bu barədə mənbələrə istinadən "Kommersant" yazıb.

Bildirilir ki, iki liderin görüşü Russki adasında yerləşən Uzaq Şərq Federal Universitetinin kampusu ərazisində baş tutacaq. Danışıqlardan sonra Putin Çinə gedəcək, Kim Çen In isə aprelin 26-dək Vladivostokda qalacaq. Burada onun üçün mədəni proqram hazırlanıb.

Report

DİGƏR XƏBƏRLƏR

Top