Davudoğlu AKP və prezidentlik sistemini sərt tənqid etdi


Prezidentin seçkilərin birinci dərəcəli tərəfi olaraq, seçki şəraitinin tələb etdiyi sıx və əksər halda sərt siyasi polemikalara girməyə məcbur qalması eyni məsafədə dayanmalı olan Prezidentlik qurumunun cəmiyyətin ən az yarısı ilə psixoloji cəhətdən qopmasına səbəb olur.  Yeniavaz.com-un məlumatına görə, bunu "Facebook" səhifəsində Türkiyənin keçmiş Baş naziri Əhməd Davudoğlu yazıb.

Onun sözlərinə görə, yeni sistemin ən əsas ünsürlərindən biri olaraq görülən partiyalı prezidentlik sistemi mövcud dövlət başçısının şəxsindən ayrıca yenidən dəyərləndirilməlidir: "Prezidentlik ilə partiya sədri vəzifələrinin eyni zamanda icrasının yaratdığı narahatçılıqlar aradan qaldırılmalıdır. Partiyamız dar və mənfəət güdən bir qrupa buraxılmamalıdır".

Ə. Davudoğlu qeyd edib ki, AKP 2000-ci illərin əvəllərində zamanın ruhunu və millətin dəyərlərini qavrayan missiya ilə iqtidara gələrək demokratikləşmə, iqtisadi yüksəliş göstərib: "Ancaq 2013-cü ildə Gezi olayları ilə başlayan və nəhayət 15 iyul dövlət çevrilişinə cəhdlə zirvəyə çıxan daxili gərginiklər ölkəmizi müdafiə mövqeyinə çəkib".

O əlavə edib: "Bu gün kritik tarixin astanasındayıq. 31 mart seçkiləri bəsirət və sağlam düşüncəylə araşdırmalı olduğumuz önəmli nəticələr doğurub, diqqətə alınmlı vacib mesajlar verib. İstanbul və Ankara şəhərlərində alınan nəticələr çərçivəsində partiyamzın cəmiyyət içərisidə dəstəyinin azalması gerçəyiylə üzləşməli və bunu sağlam düşüncə ilə dəyərləndirməliyik".

Ə. Davudoğlu qeyd edib ki, AKP hər baxımdan yenilənməlidir: "AKP qarşıdakı 4 ildə kökdən yenilənərsə itirdiyi siyasi dinamiki yenidən qazana bilər. Seçkidə yarışanlar düşmən deyil, siyasi rəqiblərdir.Kim seçilərsə də qazanan demokratiya və millətimizdir. Beka deyimi ilə rəqib partiyaları düşmənə çevirməyin, siyasi rəqabəti aşan qütbləşmənin nələrə səbəb oduğunu şəhid cənazəsindəki hücumda yaşadıq.Dövlət ağlını, insan şərəfini və millət vicdanı ilə bir araya gətirmək günüdür".
 

DİGƏR XƏBƏRLƏR

Top