bulvarda-suya-zeher-atib-baliqlari-oldurduler-video

Bulvarda suya zəhər atıb balıqları öldürdülər? - VİDEO

nazir-sabiq-millet-vekilinin-ogluna-yuksek-vezife-verdi-foto

Nazir sabiq millət vəkilinin oğluna yüksək vəzifə verdi - FOTO

putin-bakili-mugenniye-orden-verdi-foto

Putin bakılı müğənniyə orden verdi - FOTO

cümə, 24 may 2019
AZ RU EN TR

GÜNDƏM

Serj Sarkisyanın həbs edilməsinə şahidlik edə bilərik - Elman Nəsirov

22.04.2019 16:43 Oxundu 440

Yaxın zamanda Ermənistanın keçmiş Prezidenti Serj Sarkisyanın həbs edilməsinə şahidlik edə bilərik.


Bunu Yeniavaz.com-a açıqlamsında Milli Məclisin deputatı Elman Nəsirov deyib.

Xatırladaq ki, bu yaxınlarda Ermənistanın Baş naziri Nikol Paşinyan "Facebook"un canlı efirində istifadəçilərin suallarına cavab verərkən S. Sarkisyanla kulisaraxası heç bir razılaşma əldə etmədiyini bildirib. İstifadəçilər S. Sarkisyanın niyə həbs edilmdəyini soruşduqda isə N. Paşinyan prokuror və müstəntiq olmadığını deyib. Onun fikrincə, əsassız atılacaq belə bir addım inqilabi hərəkatın bütün mahiyyətini itirməsinə səbəb ola bilər.

Onun sözlərinə görə,yaxın gələcəkdə S.Sarkisyan da Robert Köçəryanın aqibətini yaşaya bilər: “Faktiki olaraq Paşinyan Qarabağ klanını hakimiyyətdən uzaqlaşdırdı. Təsadüfi deyil ki, erməni mətbuatında bu gün ölkədaxili mübarizədən bəhs edərkən qeyd edirlər ki, əslində ölkədə qarabağlılarla qarabağlı olmayanların elan olunmamış müharibəsi gedir. Qarabağlıların başında Köçəryan, Sarkisyan və digərləri dayanır və onlar da bir-bir həbsxanaya atılmaqdadır. Cəbhənin digər tərəfində isə Paşinyan dayanır. Bu gün ən çox müzakirə olunan məsələlərdən biri də odur ki, Sarkisyan nə zaman məhkəmə qarşısına çıxarılacaq. Artıq Sarkisyana qarşı bir sıra yeni ittihamlar da irəli sürülməkdədir. İstisna edilmir ki, çox uzaq olmayan bir gələcəkdə Sarkisyan da Köçəryanın aqibətini yaşaya bilər. Ötən ilin dekabr ayı ölkədə keçirilən parlament seçkilərində Paşinyan həm də Bako Saakyana barmaq silkələmişdi və onu parlament seçkilərinə qeyri-qanuni müdaxilədə, həmçinin Respublikaçılar partiyasını müdafiə etməkdə təqsirləndirmişdi. Hətta söyləmişdi ki, seçkilərdən sonra o, Saakyanla da haqq- hesab çəkəcək. Bütün bu dediklərimiz o qənaətə gəlməyə əsas verir ki, Paşinyan ilə keçmiş hakimiyyətdə olan Qarabağ klanı arasında gərgin mübarizə getməkdədir. Ya Paşinyan qalib gələcək, ya da əks tərəf. Bunu çox gözəl anlayan Paşinyan əsas rəqibi kimi məhz Qarabağ klanını görür. Bu klanın üzvlərinin cinayət əməlinə görə həbs edilməsi Paşinyanın siyasətinin əsas tərkib hissəsini təşkil edir”.

Deputat, həmçinin bildirib ki, Ermənistan hazırkı iqtisadi blokadadan ancaq  işğalçılıq siyasətinə son qoymaqla çıxa bilər: “Paşinyan artıq ilk inqilabı edib və ikinci inqilabı da edəcəyinin anonsunu verib ki, bu da iqtisadi inqilabdır. Hesab edirəm ki, Paşinyan və onun komandası hesablayır ki, iqtisadi inqilabı etmək üçün heç bir resurs və imkan yoxdur. Belə ki, ölkə iqtisadi blokada vəziyyətindədir, xarici investisiya qoyulmur, əhali isə ölkəni tərk edir. Bütün bu reallıqlar fonunda iqtisadi inqilabı necə edə bilər? Mənə elə gəlir ki, Paşinyan münaqişənin həlli ilə bağlı müəyyən konstruktiv mövqe nümayiş etdirsə, işğala son qoysa, bu istiqamətdə real addımlar atsa, ölkəsini düşdüyü iqtisadi blokadadan çıxara bilər. Azərbaycan Prezidenti cənab İlham Əliyev də dəfələrlə qeyd edib ki, Ermənistan torpaqlarımızın işğalına son qoyarsa, yeni vəziyyət yarana bilər. Beləliklə də Ermənistanın Azərbaycanın müəllifi olduğu layihələrdə iştirakı məsələsinə baxıla bilər. Ancaq bu halda Paşinyanın iqtisadi inqilabla bağlı anonsu reallığa çevrilə bilər. Bu işə isə ən ciddi mane ola biləcək qüvvə isə Qarabağ klanı  və onun rəhbərləridir. Fikrimcə, Paşinyanla Sarkisyanın öncədən razılaşması fikri əsassızdır. Ona görə də mən hesab edirəm ki, çox yaxın zamanda biz Sarkisyanın da həbs edilə biləcəyinə şahidlik edə bilərik”.

Şahmərdan Əhmədli