Ukrayna dünyada Prezident və Baş naziri yəhudi olan yeganə dövlətdir: İsraili çıxmaqla


41 yaşlı aktyor-komik Vladimir Zelenskinin prezident seçkilərində qələbəsi rəsmi təsdiq edilsə, o, Ukraynanın ilk yəhudi Prezidenti olacaq.

Yeniavaz.com-un məlumatına görə, bu barədə  "The New York Times" nəşri yazır.

Məqalədə deyilir: "Ukraynanın şərqində 5 il davam edən yorucu müharibədən sonra seçicilər siqnal göndərdi ki, onlar daha çox daxili təhdidlərdə - korrupsiya və yoxsulluq səviyyəsindən narahatdırlar".

Bu arada Ukrayna Yəhudi Şurasının direktoru Eduard Dolinski qeyd edib ki, Ukrayna İsraildən savayı Prezident və Baş naziri yəhudi olan yeganə dövlətdir.

Xatırladaq ki, Ukrayna Mərkəzi Seçki Komissiyasının məlumatına əsasən, protokolların 90,25 faizinin hesablanmasından sonra V. Zelenski səslərin 73,18%, Petro Poroşenko isə 24,15%-ni toplayıb.

DİGƏR XƏBƏRLƏR

Top