Bakıda mənzildən qadın meyiti tapıldı


Paytaxtda mənzildə 71 yaşlı qadının meyiti tapılıb.

Yeniavaz.com Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, Bakının Binəqədi rayonunda bir nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1948-ci il təvəllüdlü Hümbətova Enfira Hümbət qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.

DİGƏR XƏBƏRLƏR

Top