Bakıda it 4 yaşlı uşağın üzünü dişlədi - VİDEO


Bakıda sahibsiz it küçədə oynayan uşağa hücum edib.

İt 4 yaşlı uşağın sağ üzünü dişləyərək qaçıb. Hadisə paytaxtın Binəqədi rayonu Sulutəpə qəsəbəsində baş verib. Qismət Məmişov deyir ki, oğlu 4 yaşlı Hüseyn Məmişov küçədə uşaqlarla oynayarkən sahibsiz it ona hücum edib.

Qonşuların köməyi ilə üzündən ağır xəsarət alan uşaq dərhal 1 saylı kliniki tibbi mərkəzə aparılıb. Uşaq xəstəxanaya daxil olan kimi həkimlər onu dərhal əməliyyat ediblər. Hazırda uşağın vəziyyəti normaldır. Həkimlər uşağın həyatı təhlükəsinin olmadığını bildirilər.

Qismət Məmişov deyir ki, sözügedən qəsəbədə sahibsiz itlər həddindən artıq çoxdur. Bu səbəbdən də valideynlər uşaqların məktəbə özləri aparıb gətirirlər. İtlər nəzarətsiz uşaq görən kimi onlara hücum edir.

(XəzərTv)

DİGƏR XƏBƏRLƏR

Top