Azərbaycanda suyu, qazı, tualeti və hamamı olmayan nə qədər mənzil var?


Azərbaycanda dövlət, ictimai mənzil fondunun və mənzil tikinti kooperativləri fondunun (özəlləşdirilmiş fond istisna olmaqla) abadlıq şəraiti pisləşib. Yeniavaz.com Dövlət Statistika Komitəsindən açılan məlumatlara istinadən bildirir ki,  2001-2018-ci illər ərzində su kəməri ilə təmin olunan mənzil sahəsinin ümumi mənzil sahəsindəki payı 93,1%-dən 87,3%-ə düşüb. Bu o deməkdir ki, 2001-ci ildə dövlət, ictimai mənzil fonduna və mənzil tikinti kooperativləri fonduna daxil olan mənzillərin 93,1%-i su kəməri ilə təmin olunduğu halda 2018-ci ildə bu göstərici 87,3%-ə enib. Açıqlanan son məlumatladan belə görünür ki, mənzillərin 12,7%-də su kəməri mövcud deyil.
Onu da qeyd edək ki, dövlət, ictimai mənzil fonduna və mənzil tikinti kooperativləri fonduna daxil olan mənzil sahələrinin 15,1%-də kanalizasiya xətti (2001-ci ildə 8,9%), 35,4%-də mərkəzi istilik sistemi (2001-ci ildə 22,6%), 14,1%-də qaz (2001-ci ildə 4,7%), 94,8%-də isti su (2001-ci ildə 76,1%), 28%-də hamam (2001-ci ildə 22%) yoxdur.
 

DİGƏR XƏBƏRLƏR

Top