bulvarda-suya-zeher-atib-baliqlari-oldurduler-video

Bulvarda suya zəhər atıb balıqları öldürdülər? - VİDEO

nazir-sabiq-millet-vekilinin-ogluna-yuksek-vezife-verdi-foto

Nazir sabiq millət vəkilinin oğluna yüksək vəzifə verdi - FOTO

putin-bakili-mugenniye-orden-verdi-foto

Putin bakılı müğənniyə orden verdi - FOTO

cümə, 24 may 2019
AZ RU EN TR

CƏMİYYƏT

“Bakıda Soyqırımı muzeyi yaradılsın!” - Deputat ÇAĞIRIŞ ETDİ

20.04.2019 17:30 Oxundu 505


“Dəfələrlə həm Soyqırımı abidəsinin, həm də Soyqırımı muzeyinin yaradılması təklif edilib. Lakin bununla bağlı addım atılmayıb”.

Yeniavaz.com xəbər verir ki, bunu Modern.az-a deputat Flora Qasımova söyləyib. O bildirib ki, xüsusilə, Soyqırımı muzeyinin açılmasına böyük ehtiyac var:

“Çünki soyqırımı haqqında abidələr şəhərin müxtəlif yerlərində var. Amma Bakıda muzey yoxdur. Təklif edərdim ki, Şəhidlər Xiyabanının yuxarı hissəsində, Azərbaycan Televiziyası ilə yanaşı, Soyqırım muzeyi yaradılsın.

Mən Qubada yerləşən Soyqırımı muzeyində olmuşam. Həqqiətən, çox informativ, önəmli məlumatlarla zəngin məkandır. Ona görə, düşünürəm, belə bir muzey Bakıda da yaradılmalıdır. XX əsrdə Azərbaycan xalqının başına gətirilən soyqırımıları ümumilikdə orada əhatə olunmalıdır. 1905-1907-ci illərdən tutmuş, əsrin sonunda başımıza gətirilən bütün müsibətlər haqqında orada məlumat verilməlidir”.