Devrilmiş Prezidentin evindən milyardlar tapıldı


Sudanın devrilmiş Prezidenti Ömər əl-Bəşirin yaşadığı evdə milyonlarla avro və bir neçə milyard Sudan funtu aşkarlanıb. Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, pulları axtarışı aparan hərbi prokurorluğun müstəntiqləri tapıblar.

Axtarış zamanı 6 milyon avro, 351 min dollar, eləcə də 5 milyard Sudan funtu (təqribən 105 milyon dollar) ələ keçirilib. Həmin pullar ölkənin Mərkəzi Bankına yerləşdirilib. Faktla bağlı korrupsiya cinayətləri üzrə iş açılıb.

Xatırladaq ki, 4 aylıq xalq etirazlarından sonra aprelin 11-də Sudanda hərbi çevriliş baş verib. Prezident Ö. əl-Bəşir hakimiyyətdən uzaqlaşdırılıb.
 

DİGƏR XƏBƏRLƏR

Top