Azərbaycanda cinayət törədən uşaqların sayı kəskin artıb - Rayonlar üzrə SİYAHI


Ötən il ərzində Azərbaycanda 14-17 yaşlı uşaqlar tərəfindən ümumilikdə 808 cinayət hadisəsi törədilib.
Yeniavaz.com açıqlanan sonuncu rəsmi statistikaya istinadən bildirir ki, yeniyetmələr tərəfindən törədilən cinayətlərin sayı əvvəlki illə müqayisədə 33% artıb. Belə ki, 2017-ci ildə 14-17 yaşlı uşaqlar tərəfindən ümumilikdə 608 cinayət hadisəsi törədilib.
Qeydə alınan cinayətlərin yarıdan çoxu - 561 cinayət hadisəsi Bakı şəhərində baş verib. Bakı şəhərində uşaqlar tərəfindən törədilən cinayətlərin sayı təxminən 2 dəfə artıb. Bakı şəhərinin tabeliyindı olan bəzi rayonlarda uşaqlar tərəfindən törədilən cinayətlərin sayı daha çox artıb. Məsələn, Xətai rayonunda təxminən 6 dəfə, Nizami və Binəqədi rayonlarında isə 4 dəfə artıb.
Bakı şəhərindən sonra uşaqlar tərəfindən törədilən cinayət hadisəsi ən çox Sumqayıt şəhərində qeydə alınıb. Ötən il Sumqayıtda uşaqlar  tərəfindən 10 cinayət törədilib. Növbəti yerdə 47 cinayət hadisəsi ilə Abşeron rayonu, 18 cinayət hadisəsi ilə Quba rayonu, 14 cinayət hadisəsi ilə Gəncə şəhəri gəlir.
Bəzi rayonlara isə son 2 ildə 14-17 yaşlı uşaqlar tərəfindən heç bir cinayət hadisəsi törədilməyib. Bu rayonların arasında Pirallahı, Xızı, Qazax, Naftalan,Oğuz, Hacıqabul, Şuşa, Qubadlı, Zəngilan və Naxçıvan Muxtar Respublikası yer alıblar.
14-17 yaşlı yeniyetmələr tərəfindən törədilən cinayət hadisələrinin sayı rayonlar üzrə belə olub:
Şəhər

rayonlar
14-17 yaşlı uşaqlar tərəfindən törədilən cinayətlərin sayı
2017-ci il 2018-ci il
Binəqədi 74 295
Qaradağ 6 12
Xəzər 23 5
Səbail 18 8
Sabunçu 23 22
Suraxanı 8 23
Nərimanov 23 40
Nəsimi 48 39
Nizami 9 36
Xətai 10 61
Abşeron 22 47
Sumqayıt 97 29
Gəncə 4 14
Quba 11 18
Xaçmaz 12 5
Qusar 12 3
Şabran 6 5
Qax - 1
Şəki 1 2
Goranboy 1 6
Tovaz 2 6
Ağstafa 3 1
Astara 1 8
Lənkəran 5 4
Lerik 1 -
Yardımlı 1 -
Masallı 5 -
Cəlilabad 4 1
Zaqatala 2 1
Siyəzən - 1
Göyçay 1 -
Beyləqan 2 2
Ağcabədi 2 10
Bərdə 4 3
Neftçala 3 5
Biləsuvar 15 12
Salyan 6 -
Gədəbəy - 1
Daşkəsən 1 -
Samux 1 -
Göygöl 14 1
Balakən - 3
Yevlax 8 4
Ağdaş 8 8
Ucar 3 2
Mingəçevir - 1
Kürdəmir 4 4
İmişli 10 5
Saatlı - 1
Sabirabad 5 5
Şirvan 12 5
Cəbrayıl - 1
Füzuli 1 3
Ağdam 2 -
Tərtər 2 3
Xocavənd 1 -
Kəlbəcər 10 -
Laçın 1 -
Qobustan - 1
İsmayıllı - 1
Ağsu 2 -
Şamaxı 3 1
CƏMİ 608 808

DİGƏR XƏBƏRLƏR

Top