Rüfət Axundov qalmaqaldan sonra ilk dəfə efirə çıxdı


“Hər səhər" proqramında yaşanan qalmaqaldan sonra müğənni Rüfət Axundov ilk dəfə efirə çıxıb. İfaçı əməkdar artist Rəşad İlyasovla birgə qeyri-etik ifadələr işlətdiyi üçün qonaq olduğu “Hər şey daxil” verilişində tamaşaçılardan üzr istəyib:

“Mən bir şeyi deyə bilərəm ki, xalqımıza görə bu yerə gəlib çıxmışıq. Xalqın gözü tərəzidir. Mənim mahnım səslənən zaman hadisə baş verib. Fonoqramın üstündə söz istifadə olunursa, burda mənim nə günahım? İndiyədək adım qalmaqallarda hallanmayıb. Səsimin üstünə səs gedirsə, bu, birbaşa montaj sayılır.  MTRŞ-nin ədalətli qərarına görə təşəkkür edirəm. Əgər təqsirim varsa, üzr istəyirəm”. 

Daha sonra canlı efirə Əməkdar artist Rəşad İlyasov bağlanıb.  O da yaranan qalmaqala görə peşmanlığını dilə gətirib:

“İsti başda ağıl olmur. Dedim ki, zamana burax, özümə gəlim, sonra açıqlama yayım. Özümü tamaşaçının yerinə qoyuram, onlara haqq qazandırıram. Efirdə o variant deyil, sonradan köçürülüb, səslər aşılanıb, tembr dəyişdirilib və alt səslər qabardılıb.  İstənilən halda bəraət qazandırmıram. O sözü qəlbimi qırsalar belə heç kəsə demərəm”. (qafqazinfo)

DİGƏR XƏBƏRLƏR

Top