davudoglu-akp-ve-prezidentlik-sistemini-sert-tenqid-etdi

Davudoğlu AKP və Prezidentlik sistemini sərt tənqid etdi

deputat-30-secicini-meshed-ziyaretine-gonderdi

Deputat 30 seçicini Məşhəd ziyarətinə göndərdi

bedeninde-152-tikis-olan-aprel-qazisi-12-kvadratmetrlik-otaqda-qaliriq-video

Bədənində 152 tikiş olan Aprel qazisi: "12 kvadratmetrlik otaqda qalırıq" - VİDEO

çərşənbə axşamı, 23 aprel 2019
AZ RU EN TR

AİLƏ-SAĞLAMLIQ

Qızılca ilə bağlı qorxulu statistika - Üç dəfə artıb

16.04.2019 09:38 Oxundu 240

Dünya üzrə qızılcaya tutulma halları 2019-cu ilin ilk üç ayı ərzində (ötən ilin ilk üç ayı ilə müqayisədə - red.) üç dəfə artıb.

Bu barədə BMT-nin Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) hesabat dərc edib.

ÜST qızılcaya tutulma hallarında artımın dünyanın bütün regionlarında müşahidə olunduğunu bildirir.

Ən yüksək artım Afrikada müşahidə olunur. Burada ötənilki göstəricilərlə müqayisədə, 2019-cu ilin ilk rübündə qızılca diaqnozu qoyulmuş xəstələrin sayı 700 faizə qədər artıb.

Ölkələrə gəlincə, virusa tutulma halları daha çox Ukrayna, Madaqaskar və Hindistanda qeydə alınıb (hər bir milyona on minlərlə xəstə).

Agentlik faktiki rəqəmlərin daha yüksək olduğuna əmin edir, belə ki, hesablamalara görə, hər 10 yoluxma halından yalnız biri statistikaya düşür.

Qızılca yüksək yoluxuculuq qabiliyyəti olan viruslu xəstəlikdir, sağlamlıqda ciddi fəsadlara yol açır, ağır hallarda ağciyərləri və beyni zədələyə bilir.(oxu.az)