İsrail alimləri 3D formatında ürək hazırlayıblar - VİDEO


İsrail alimləri tibb elmi və texnologiya sahəsində sensasiya olan kəşfə imza atıblar. Onlar pasiyentin hüceyrələrindən 3D formatında ürək hazırlayıblar.

Təl-Əviv Universitetinin alimləri iddia edirlər ki, canlı hüceyrələrdən hazırlanmış bu ürək gələcəkdə xəstələrə də transplantasiya edilə bilər. Dovşan ürəyi ölçüsündə olan 3D formatında ürək insan üçün kiçikdir, onun ölçüsü cəmi 2,5 santimetrdir. Lakin canlılar üçün ən vacib olan bu orqanın bütün funksiyaları - ürək qapağı, damarların fəaliyyəti təmin olunub. Onun ən mühüm xüsusiyyəti isə pasiyentin bioloji materialından olmasıdır.

Tədqiqata rəhbərlik edən professor Tal Dvirin sözlərinə görə, bioloji materialdan hazırlanan bu ürək orqanizm tərəfindən rədd edilə bilməz. O əlavə edib ki, gələcəkdə insan ürəyi ölçüsündə orqan hazırlanması üçün milyardlarla hüceyrə tələb olunacaq.

İsrailli alimlər əvvəlcə bu ürəyi heyvanlara yerləşdirəcək və bundan sonra insan ürəyi hazırlamaq üçün həmin texnologiya və bioloji materialdan istifadə edəcəklər.


AzərTAC

DİGƏR XƏBƏRLƏR

Top