Paşinyan Azərbaycanı hədələdi: Bunun da həddi var


Ermənistan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində sülhü həmişə təbliğ etməyəcək.
Yeniavaz.com "Sputnik" saytına istinadla xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib. Onun sözlərinə görə, bu təbliğatın həddi var. N. Paşinyan hesab edir ki, münaqişə tərəfləri "eyni tezlikdə" olmalıdır: "Vyana, Düşənbə və Davosda Azərbaycan Prezidenti ilə danışıqların bütün mahiyyəti problemin sülh yolu ilə nizamlanması üzərində işləməkdir".  Baş nazir ümid edir ki, tərəflər sülhə can atmalarında dürüstdürlər: "Əks halda heç nə alınmayacaq. Biz məsələnin həlli üzrə müəyyən platforma yaratmaq istəyirik. Artıq demişik ki, bizi müharibə ilə qorxutmaq mümkün deyil, biz də heç kəsi qorxutmaq istəmirik".

DİGƏR XƏBƏRLƏR

Top