Yıldırımdan vacib seçki AÇIQLAMASI: Seçkilər murdar edildi


"Bizim səslərimiz qarşı namizədə yazılıb".
Yeniavaz.com Türkiyə KİV-ə istinadla xəbər verir ki, bunu AKP-nin İstanbul Böyükşəhər Bələdiyyə sədrliyinə namizədi Binəli Yıldırım deyib. O bildirib: "Martın 31-də yerli özünüidarəetmə orqanların keçirilmiş seçkilərdən dərhal sonra iki açıqlama verdim. Seçki gecəsi CHP-nin İstanbul Böyükşəhər Bələdiyyə sədri vəzifəsinə namizədi Əkrəm İmamoğlu 29 500 səslə  seçkini qazandığını bildirdi. Biz də həmin gecə əldə olunan məlumatlar əsasında qalib gəldiyimizi dedik. Eyni Ali Seçki Komissiyasının sədri Sadri Güvən  Ə. İmamoğlunun 27 min 889 səslə öndə olduğunu açıqladı. Yəni ilk gündən bəri ortaya çıxan anormallıqlar, saxtakarlıqlar gördük. Bu prosesi inzibati və məhkəmə olmaqla iki yerə ayırmaq lazımdır. Məhkəmə prosesi indi davam edir".

B. Yıldırım qeyd edib ki, səslər seçki qutusunda özünküləşdirilib, bu qədər açıqdır: "Bizim səslərimiz qarşı namizədə yazılıb. Seçimdə edilən qanun pozuntuları, səs oğurlanmaları ilə məhdud deyil. Hələ bir çox nöqsanlar var. Hamımız nəticəni sakit şəkildə gözləməliyik. Xarici ölkələrə mesajlar göndərmək, xarici ölkələrin Türkiyəyə təzyiq göstərməsini təmin etmək millətimizin canını sıxır. Bu günədək səslərin yalnız 10 faizi sayılıb. Əminik ki, səslərin hamısı sayılsaydı, CHP-nin namizədi buna razı olsaydı, seçkinin nəticəsi belə olmayacaqdı. Səs fərqi aradan qalxacaq və tərsinə çevriləcək. Seçkinun bu şəkildə olması xoş bir şey deyil. Seçkilər murdar edilib, murdar ətin qovurması olmaz".

DİGƏR XƏBƏRLƏR

Top