rusiyanin-as-pa-ya-uzvluyu-berpa-edildi-azerbaycan-da-destekledi

Rusiyanın AŞ PA-ya üzvlüyü bərpa edildi - Azərbaycan da dəstəklədi

iki-ermeniye-qalib-gelen-haci-eliyev-qelebeni-herbcilere-hesr-edirem

İki erməniyə qalib gələn Hacı Əliyev: "Qələbəni hərbçilərə həsr edirəm"

ilham-eliyev-azerbaycan-ordusu-dunya-miqyasinda-guclu-ordular-sirasindadir

İlham Əliyev: "Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır"

cümə axşamı, 27 iyun 2019
AZ RU EN TR

CƏMİYYƏT

Elinaya görə prokurorluğa çağırılan icra başçısının müavini DANIŞDI

15.04.2019 13:59 Oxundu 671


162 saylı məktəbin şagirdi Elina Hacıyevanın intiharı ilə bağlı Səbail rayon icra Hakimiyyəti başçısının müavini Xalidə Bayramova Bakı Şəhər Prokurorluğunda ifadə verməsi ilə bağlı xəbərə münasibət bildirib.

Sözügedən məsələ ilə bağlı Səbail rayon icra Hakimiyyəti başçısının müavini Xalidə Bayramova Bakı Şəhər Prokurorluğuna getməsini təsdiqləyib:

"Bəli prokurorluğa getmişəm. Bəzi sənədlər tələb olunurdu. Həmin sənədləri təqdim etmək üçün prokurorluğa getmişəm. Onu qeyd edim ki, sosial şəbəkələrdə yayılan videonu mən çəkməmişəm. Bu barədə prokurorluqda istintaq bitəndən sonra ictimaiyyətə daha geniş açıqlama verəcəm".

Qeyd edək ki, Əməkdar artist Röya Ayxan 162 saylı məktəbdə intihar edən Elina Hacıyeva ilə bağlı paylaşım edib.   Müğənni instaqram səhifəsində məktəblinin intihardan sonrakı videosunu yayıb. Röya qeyd edib ki, E. Hacıyeva ilə söhbət edən xanım Səbail rayon İcra Hakimiyyəti başçısının birinci müavini Xalidə Bayramovadır. (Unikal.org)