Fuad Abbasov: Narahatçılığa heç bir əsas yoxdur - FOTO - YENİLƏNİB

Fuad Abbasov axşama doğru yaydığı açıqlama bildirib ki, narahatçılığa heç bir əsas yoxdur: “Azadlıqdayam, fəaliyyətimlə məşğulam. Evimdə heç bir axtarış aparılmayıb, heç yerə çağırılmamışam. Deportasiya edilməyimlə bağlı xəbərlər əsassızdır”.

 

Bir neçə ay öncə Fuad Abbasov azərbaycanlılar və çeçenlər arasında baş verən qanlı toqquşmadan sonra pravokasiyaların genişlənməməsi üçün tərəflər arasında barış missiyasını yerinə yetirməsi ilə gündəmə gəlmişdi. Missiya uğurla nəticələnəndən sonra Rusiyanın müxtəlif vilayətlərində fəaliyyət göstərən bir neçə Azərbaycan icması onun başçılığı ilə yeni diaspor qurumu yaratamaq təşəbbüsü irəli sürmüşdülər. Ancaq Rusiya Azərbaycanlıları Konqresi və Rusiya Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyətinin (AzerRos) təşəbbüsə etirazlarından sonra məsələ açıq qalmışdı.

 

Fuad Abbasov aprelin 10-dan Bakıdadır və yayılan xəbərlərin heç bir əsası yoxdur. Həmin məlumata görə F. Abbasov Azərbaycana ailəvi işlərlə bağlı gəlib. Hal hazırda o, Xaçmaz rayonunda istirahət edir. Bu məlumatı tanınmış jurnalist Turan İbrahimov da musavat.com -a təsdiq edib. Turan İbrahimovun sosial şəbəkədə bir paylaşım edib. Fotodan göründüyü kimi, o, Fuad Abbasovla bərabər hansısa restorandan görüntü paylaşıb. Turan İbrahimov musavat.com müxbirinin sorğusuna münasibətdə bildirib ki, Fuad Abbasovla bağlı yayılan məlumatlar doğru deyil və o, aprelin 10-dan Azərbaycandadır. 

 



20.17
Moskvada həbs edilən Azərbaycanlı jurnalist Fuad Abbasov Rusiyadan deportasiya edilir.

Yeniavaz.com xəbər verir ki, bu barədə yenicag.az məlumat yayıb. İddiaya görə, dünən Moskva məhkəməsi tərəfindən qəbul edilib.

“Polis Abbasovun mənzilində axtarış apardıqdan sonra onu həbs edib. Abbasovun deportasiyası bazar ertəsi həyata keçiriləcək, – mənbə bildirib.

Qeyd edək ki, Fuad Abbasovun deportasiyasının tələbi ilə Rusiyanın bir neçə azərbaycanlı icması Moskva məhkəməsinə müraciət edib.

Xatırladaq ki, son zamanlar Rusiyada Azərbaycan diasporu ətrafında böyük bir qalmaqal yaşanıb. Belə ki, Rusiya ictimaiyyətinin bir sıra aktivistləri Abbasovu diaspor təşkilatının yeni rəhbəri postuna təyin edib.

Rusiyada Azərbaycanlılar Konqresinin və Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyətinin (AzərRos) rəhbərliyi də daxil olmaqla, digər fəallar isə bu təşəbbüsə qarşı çıxıb və Fuad Abbasovu ittihamçı adlandırıblar.

DİGƏR XƏBƏRLƏR

Top