Bəhram Çələbinin yeni kitabı - "Oğru müharibələri" çap olunub


Tanınmış yazıçı-jurnalist Bəhram Çələbinin "oğru dünyası"ndan bəhs edən yeni kitabı işıq üzü görüb.
Bu barədə yeniavaz.com-a yazıçının özü məlumat verib.
Bəhram Çələbinin yeni kitabı "Oğru müharibələri" adlanır. Kitabda ötən əsrin qırxıncı və doxsanıncı illərin oğru qanunlarının fərqindən, avtoritetlər arasında gedən qanlı mübarizədən bəhs olunur. Kitabda ötən əsrin məşhur kriminal avtoritetlərindən Aslan Usoyan ("Ded Xasan") və Rudolf Ohanov ("Rudik Bakiniski") arasında gedən mübarizəyə də geniş yer verilib.
Bəhram Çələbi yeni kitabı "Oğru müharibələri"ndə qeyd edir ki, İttifaqın dağılması oğru qardaşlığına da birbaşa təsir edib: "Zakonniklərin" bir qismi bu dövürdən də sağ-salamat çıxaraq öz ənənələrinə sadiqliyini qoruyub saxlamağa müvəffəq oldu. Klassik ənənələrə sadiq oğrulara indi NEP dövrünün oğruları deyirlər. Yeni oğrular isə oğru qanunlarını müasir tələblərə uyğun şəkildə tətbiq edənlərə deyilir. Yenidənqurma başlamazdan xeyli əvvəl də SSRİ-nin meqapolislərində cinayətkar klanlar arasında mübarizə çox ciddi şəkildə gedirdi. Lakin əsasən "peşka"lar və ya "döyüşçü"lər qırılırdılar, mübarizə avtoritetlərin qətlinəcən gedib çatmırdı". Yazıçı bu qənaətdədir ki, İttifaq dağıldıqdan sonra isə "oğru dünyası"ndakı mübarizə də dəyişməyə başlayıb...
Məlumat üçün bildirək ki, yazıçı-jurnalist Bəhram Çələbinin bugünə kimi "Oğru dunyası" mövzusunda çoxsaylı kitabları çap olunub.

DİGƏR XƏBƏRLƏR

Top