Qazaxıstanın yeni prezidenti and içdi


Prezident seçkilərinədək dövlət başçısı səlahiyyətlərini parlamentin spikeri Kasım-Jomart Tokayev icra edəcək. Yeniavaz.com xarici KİV istinadən xəbər verir ki, Kasım-Jomart Tokayev parlament palatalarının iclası zamanı xalq qarşısında and içərək bu gündən Prezident vəzifələrinin icrasına başlayıb.

Xatırladaq ki, dünən Qazaxıstan Prezidenti Nursultan Nazarbayev respublika telekanallarının efirində istefa verdiyini və qalan müddətə səlahiyyətlərini Senatın (yuxarı palatası) sədri Kasım-Jomart Tokayevə verdiyini açıqlayıb. N. Nazarbayev 1990-cı ildən Qazaxıstana başçılıq edirdi. 2015-ci ildə beşinci müddətə Prezident seçilib.

Qazaxıstanda seçkilər 2020-ci ilə planlaşdırılır.

DİGƏR XƏBƏRLƏR

Top