seki-xan-sarayinda-xesaret-alanlardan-biri-vefat-edib

Şəki Xan Sarayında xəsarət alanlardan biri vəfat edib

azerbaycanda-xeyriyyeciler-hec-vaxt-asfalti-olmayan-kende-yol-cekdirdiler-video

Azərbaycanda xeyriyyəçilər heç vaxt asfaltı olmayan kəndə yol çəkdirdilər - VİDEO

megafon-azerbaycan-xalqindan-uzr-istedi

"Megafon" Azərbaycan xalqından ÜZR İSTƏDİ

çərşənbə axşamı, 16 iyul 2019
AZ RU EN TR

HADİSƏ

Qazaxda bir gecədə üç nəfər bıçaqlandı

20.03.2019 10:06 Oxundu 949

Qazax rayonunda bir gecədə üç nəfər bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Yeniavaz.com qafqazinfo-ya istinadən xəbər verir ki, rayonun Xanlıqlar kənd sakini, 1979-cu il təvəllüdlü Şərifov Rəşad Mədət oğlu, Orta Salahlı kənd sakini 1987-ci il təvəllüdlü Məmmədov Orxan Abdulla oğlu kürək nahiyələrinin kəsilmiş-deşilmiş bıçaq xəsarətləri alıblar. Onlara tibbi yardım göstərilib, vəziyyətlərinin kafi olduğu bildirilir. 

Ağköynək kənd sakini, 1988-ci il təvəllüdlü Eyudov Teymur Naib oğlu isə səhər saat 5 radələrində qarın nahiyəsinin kəsilmiş-deşilmiş yarası xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Əməliyyat olunan T. Eyubovun vəziyyəti orta ağır qiymətləndirilir. Məlumata görə, hadisələr müxtəlif vaxtlarda ayrı-ayrı yerlərdə baş verib.

Qazax rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.