Nazarbayev istefa verdi – lakin bu vəzifəsində qalacaq​

Qazaxıstan Prezidenti Nursultan Nazarbayev dövlət başçısı vəzifəsindən istefa verdiyini bəyan edib. ​
 
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, N. Nazarbayev bu barədə telekanalların efirində Qazaxıstan xalqına müraciətində deyib.
 
Onun sözlərinə görə, prezident seçkilərinədək dövlət başçısı səlahiyyətlərini parlamentin spikeri Qasım Jomar Tokayev icra edəcək. Bununla belə, N. Nazarbayev qeyd edib ki, Qazaxıstan Təhlükəsizlik Şurasının sədri vəzifəsində qalacaq.
 
N. Nazarbayev 1990-cı ildən Qazaxıstana başçılıq edir. 2015-ci ildə beşinci müddətə Prezident seçilib.

DİGƏR XƏBƏRLƏR

Top