davudoglu-akp-ve-prezidentlik-sistemini-sert-tenqid-etdi

Davudoğlu AKP və Prezidentlik sistemini sərt tənqid etdi

deputat-30-secicini-meshed-ziyaretine-gonderdi

Deputat 30 seçicini Məşhəd ziyarətinə göndərdi

bedeninde-152-tikis-olan-aprel-qazisi-12-kvadratmetrlik-otaqda-qaliriq-video

Bədənində 152 tikiş olan Aprel qazisi: "12 kvadratmetrlik otaqda qalırıq" - VİDEO

çərşənbə axşamı, 23 aprel 2019
AZ RU EN TR

CƏMİYYƏT

Prezident 32 yaşlı gəncə yüksək vəzifə verdi - FOTO - TƏRCÜMEYİ-HAL

19.03.2019 16:58 Oxundu 2841


Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ("ASAN Xidmət") sədrinin müavini vəzifəsinə təyinat olub.

Yeniavaz.com xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə bu vəzifəyə Ceyhun Salmanov təyin edilib.

Qeyd edək ki, Ceyhun Akif oğlu Salmanov 22 dekabr 1986-cı ildə anadan olub.

O, 2004-2008-ci illərdə Bakı Dövlət Universitetində iqtisadi kibernetika ixtisası üzrə bakalavr, 2008-2010-cu illərdə Azərbaycan Dövlət Neft Akademiyasında ABŞ-ın Corciya Dövlət Universiteti ilə müştərək həyata keçirilən MBA (Biznesin təşkili və idarəedilməsi) istiqaməti üzrə magistr təhsili alıb. Həmçinin 2015-2016-cı illərdə Birləşmiş Krallığın London İqtisadiyyat və Siyasi Elmlər Məktəbində (LSE) İnformasiya Sistemləri və Rəqəmsal İnnovasiyaların İdarə olunması ixtisası üzrə magistr təhsilini davam etdirib.

2010-2012-ci illərdə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Aparatının Dövlət aparatının maliyyəsi şöbəsində məsləhətçi vəzifəsində çalışıb.

19 noyabr 2012-ci il tarixdən 27 avqust 2013-cü il tarixinədək Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Sosial innovasiyalar və strateji araşdırmalar şöbəsinin strateji araşdırmalar sektorunun müdiri, 27 avqust 2013-cü il tarixindən isə Dövlət Agentliyinin Elektron hökumət və rəqəmsal innovasiyalar şöbəsinin müdiri vəzifəsində çalışıb.

Həmçinin 20 iyun 2018-ci il tarixindən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi sədrinin müşaviri vəzifəsinə təyin olunub.

Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2018-ci il tarixli sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.

Azərbaycan Respublikası Prezidentinin 18 mart 2019-cu il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi sədrinin müavini vəzifəsinə təyin olunub.

İngilis, rus dillərini bilir.

Ailəlidir, 2 övladı var.