davudoglu-akp-ve-prezidentlik-sistemini-sert-tenqid-etdi

Davudoğlu AKP və Prezidentlik sistemini sərt tənqid etdi

deputat-30-secicini-meshed-ziyaretine-gonderdi

Deputat 30 seçicini Məşhəd ziyarətinə göndərdi

bedeninde-152-tikis-olan-aprel-qazisi-12-kvadratmetrlik-otaqda-qaliriq-video

Bədənində 152 tikiş olan Aprel qazisi: "12 kvadratmetrlik otaqda qalırıq" - VİDEO

çərşənbə axşamı, 23 aprel 2019
AZ RU EN TR

CƏMİYYƏT

Azərbaycanda daha 7 məhkum əfv edildi - FOTO

19.03.2019 16:26 Oxundu 847


Naxçıvanda 7 məhkum əfv edilib. 

Yeniavaz.com Nuhçıxan Agentliyinə istinadən xəbər verir ki, özlərinin və ailə üzvlərinin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə müraciətlərinə əsasən bir qrup məhkum Novruz bayramı ərəfəsində əfv olunub. 

Belə ki, məhkəmə qaydasında 4 məhkum cəzadan vaxtından əvvəl azad olunub, 3 məhkumun isə cəzası yüngülləşdirilib. Bu humanist addıma görə məhkumlar və onların ailə üzvləri dövlətə minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Naxçıvan MR-da insan hüquq və azadlıqları, o cümlədən məhkumların hüquqları hərtərəfli şəkildə qorunur. Məhkumların yaşayış şəraiti, onlara verilən imtiyazların genişləndirilməsi, ərzaq təminatı və geyim ləvazimatları ilə təmin olunması daim dövlətimizin diqqət mərkəzində olub. Belə ki, Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsində məhkumlar üçün müxtəlif peşə kursları açılıb, həmin kursları bitirən məhkumlara sertifikatlar verilib ki, bu da onların cəzadan azad olunandan sonra da müvafiq işlə təmin olunmalarına köməklik göstərir.

Bu illər ərzində dövlətin humanist addımları nəticəsində minlərlə məhkum əfv və amnistiya qərarlarına əsasən cəzadan azad olunub və ailələrinə qovuşublar.