Uşaqlarını I sinfə qəbul etdirmək istəyən valideynlərin NƏZƏRİNƏ


I sinfə elektron sənəd qəbulu sistemi Novruz bayramı tətilləri ərzində (19 mart, saat 15:00-dan - 27 mart, saat 10:00-dək) fəaliyyət göstərməyəcək.
 
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumatı Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov sosial şəbəkədə yayıb.
 
Qeyd edək ki, martın 13-dən dövlət ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbuluna başlanılıb.
 
Ümumi təhsil məktəblərinin I siniflərinə qəbul prosesi mektebeqebul.edu.az saytı vasitəsilə valideynin (qanuni nümayəndənin) özü tərəfindən onlayn və ya müəyyən olunmuş məktəblərdə yaradılan Alternativ Qeydiyyat mərkəzlərində aparılır.

DİGƏR XƏBƏRLƏR

Top