Regionun ən təhlükəsiz ölkələri məlum oldu - SİYAHI


Region ölkələri arasında ən təhlükəsiz ölkə Gürcüstan hesab olunur.
Yeniavaz.com məşhur araşdırma saytı olan "numbeo"ya istinadən bildirir ki, dünyanın 118 ölkəsinin yer aldığı siyahıda Gürcüstan təhlükəsizlik baxımından ən yaxşı nəticə göstərən 6-cı ölkə olub.
Region ölkələri arasında Gürcüstandan sonra ən təhlükəsiz ölkə Ermənistandır. Bu ölkənin 118 ölkə arasındakı mövqeyi 11-ci sıra olub.  

Region ölkələrinin 118 ölkə arasındakı mövqeyi belə olub:
6 - Gürcüstan
11 - Ermənistan
16 - Belarus
27 - Azərbaycan
49 - Türkiyə
53 - Rusiya
78 - Ukrayna
80 - İran
109 - Qazaxıstan
Məlumat üçün onu da qeyd edək ki, "numbeo"nun tərtib etdiyi siyahıda ən təhlükəsiz ölkələr Qətər, Yaponiya və BƏƏ dolub. Ən təhlükəli ölkələrin ilk 3-lüyündə isə Venesuela, Papua-Yeni Qvineya və Honduras yer alıb.

DİGƏR XƏBƏRLƏR

Top