Azərbaycanda bu sahədə işləyənlər ayda 4 000 manat əməkhaqqı alırlar


Bu ilin yanvar ayında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2018-ci ilin müvafiq dövrünə nisbətən 7,2% artaraq 557,2 manat təşkil edib.
Yeniavaz.com Dövlət Statistika Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, əməkhaqqı neft sektorunda 2 995,8 manat, qeyri-neft sektorunda 499,9 manat olub. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 443,1 manat, özəl müəssisələrdə isə 707,1 manat təşkil edib.
Məlumat üçün qeyd edək ki, ən yüksək əməkhaqqı mədənçıxarma sənayesində çalışan işçilər alıb - 2 953,2 manat. Bu sahədə çalışan işçilərin aylıq əməkhaqqı dövlət sektorunda 1 372,8 manat, özəl sektorda isə 3 966,7 manat olub. Ən aşağı əməkhaqqını isə səhiyyə sahəsində çalışanlar alıb - 249,3 manat. Səhiyyə sahəsində çalışan işçilərin aylıq əməkhaqqı dövlət sektorunda 237,8 manat, özəl sektorda isə 344,2 manat olub.

DİGƏR XƏBƏRLƏR

Top